Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

İlin sonuna qədər Şuşada 23 yaşayış binasının tikintisi başa çatacaq -Nicat İsgəndərov

 

Şuşada tikinti-quruculuq işləri davam etdirilir. Bu ilin sonuna qədər Şuşada 450 mənzildən ibarət 23 yaşayış binasının inşası başa çatacaq.

Yenixeber.org: Bunu jurnalistlərə açıqlamasında Şuşa Şəhər Dövlət Qoruğu İdarəsinin Mənzil Kommunal Təmir Xidmətinin direktoru Nicat İsgəndərov deyib.

O bildirib ki, bu ilin sonuna kimi Şuşa sakinləri həmin binalardakı mənzillərə köçürüləcək: "Tikilən binaların hamısında Şuşa şəhərinin mədəni irsi,tarixi də qorunur və şəhərin memarlıq üslubuna uyğun inşa olunur. Şuşalıların böyük qayıdışı planına əsasən bu ilin sonuna qədər ilk qrup Şuşa şəhərinə qayıdacaq".

Xidmət direktoru bildirib ki, paralel olaraq şəhər ərazisində iaşə obyektləri də inşa olunur: "Hazırda Şuşada "Xarı Bülbül" və "Qarabağ" hotelləri fəaliyyət göstərir. Bundan başqa, "Xarı Bülbül" hotelinin ikinci korpusu və "Yeni Şuşa" hotelinin inşası davam etdirilir. Eyni zamanda Şuşada yerli investorlar hesabına 10 yeni iaşə obşetki inşa edilir".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam