Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Bu təhsil müəssisələrində maaşlar artırıldı

 

Nazirlər Kabineti "Bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış dövlət peşə təhsili müəssisələrində idarəetmə, təhsil və təlim fəaliyyəti ilə məşğul olan işçilərin aylıq vəzifə maaşları sxeminin və məbləğlərinin təsdiq edilməsi haqqında" qərarda dəyişiklik edib.

Yenixeber.org: Bununla bağlı Baş nazir Əli əsədov müvafiq qərar imzalayıb.

Müəllimlərinin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış dövlət peşə təhsili müəssisələrinin direktorlarının aylıq vəzifə maaşı 792 manatdan 871 manata, direktorun müavinlərinin, baş mühasiblərinin aylıq vəzifə maaşı 714 manatdan 785 manata və dərs hissə müdirlərinin aylıq vəzifə maaşı 636 manatdan 700 manata çatdırılıb.

Bu Qərar 2023-cü il fevralın 1-dən tətbiq edilir.

Qeyd edək ki, dövlət peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin aylıq vəzifə maaşlarına qrup rəhbərliyinə görə 50 manat əlavə ödənilir.

Dövlət peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin aylıq vəzifə maaşlarının sxemi

Sıra №-si

Təhsili

Bir stavka dərs yükü 18 saat olmaqla, aylıq vəzifə maaşı (manatla)

pedaqoji staj

3 ilədək olduqda

pedaqoji staj

3 ildən

8 ilədək olduqda

pedaqoji staj

8 ildən

13 ilədək olduqda

pedaqoji staj

13 ildən

18 ilədək olduqda

pedaqoji staj

18 ildən çox olduqda

1.

Ali təhsilli

607

653

686

733

785

2.

Orta ixtisas təhsilli

554

587

607

647

700

Dövlət peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış baş ustaların aylıq vəzifə maaşlarının sxemi

Sıra №-si

Təhsilin pillələri və pedaqoji staja qoyulan tələblər

Aylıq vəzifə maaşı (manatla)

1.

Orta ixtisas təhsilli, ixtisas üzrə 3 ildən 8 ilədək əmək stajı

574

2.

Ali ixtisas təhsilli, ixtisas üzrə 3 ilədək əmək stajı; orta ixtisas təhsilli, ixtisas üzrə 8 ildən 13 ilədək əmək stajı

627

3.

Ali ixtisas təhsilli, ixtisas üzrə 3 ildən 8 ilədək əmək stajı; orta ixtisas təhsilli, ixtisas üzrə 13 ildən çox əmək stajı

660

4.

Ali ixtisas təhsilli, ixtisas üzrə 8 ildən az olmayaraq əmək stajı

700

Dövlət peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış istehsalat təlimi ustalarının aylıq vəzifə maaşlarının sxemi

Sıra №-si

Təhsilin pillələri və pedaqoji staja qoyulan tələblər

Aylıq vəzifə maaşı

(manatla)

1.

Ümumi orta təhsilli, sahə üzrə 3 ildən az olmayan əmək stajı; orta ixtisas təhsilli, əmək stajına tələb qoyulmadan

521

2.

Ali ixtisas təhsilli, əmək stajına tələb qoyulmadan; orta ixtisas təhsilli, ixtisas üzrə 3 ildən 8 ilədək əmək stajı

548

3.

Ali ixtisas təhsilli və ixtisas üzrə 3 il əmək stajı; orta ixtisas təhsilli, ixtisas üzrə 8 ildən 13 ilədək əmək stajı

574

4.

Ali ixtisas təhsilli, ixtisas üzrə 3 ildən 8 ilədək əmək stajı; orta ixtisas təhsilli, ixtisas üzrə 13 ildən 18 ilədək əmək stajı

594

5.

Ali ixtisas təhsilli, ixtisas üzrə 8 ildən az olmayaraq əmək stajı və ya usta vəzifəsində 5 ildən az olmayaraq əmək stajı; orta ixtisas təhsilli, 18 ildən az olmayaraq ixtisas üzrə əmək stajı

607

Dövlət peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış gənclərin çağırışaqədərki hazırlığı rəhbərlərinin aylıq vəzifə maaşlarının sxemi

Sıra №-si

Təhsilin pillələri və pedaqoji staja qoyulan tələblər

Aylıq vəzifə maaşı (manatla)

1.

Xüsusi hazırlıq keçmiş, tam orta təhsilli, pedaqoji stajı ən azı 5 ilə qədər

477

2.

Xüsusi hazırlıq keçmiş, tam orta təhsilli, pedaqoji stajı 5 ildən çox; orta ixtisas təhsilli,

pedaqoji stajı 5 ilə qədər

493

3.

Orta ixtisas təhsilli, pedaqoji stajı 5 ildən 10 ilədək; orta hərbi təhsilli və ya ali təhsilli, pedaqoji stajı hər iki halda 5 ilə qədər

508

4.

Ali təhsilli, pedaqoji stajı 5 ildən çox; orta ixtisas təhsilli, pedaqoji stajı 10 ildən çox; orta hərbi təhsilli, pedaqoji stajı 5 ildən çox; ali hərbi təhsilli, pedaqoji staja tələb qoyulmadan

539

Dövlət peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış fiziki tərbiyə rəhbərlərinin aylıq vəzifə maaşlarının sxemi

Sıra №-si

Təhsilin pillələri və pedaqoji staja qoyulan tələblər

Aylıq vəzifə maaşı (manatla)

1.

Ali təhsilli, pedaqoji staja tələb qoyulmadan; orta ixtisas təhsilli, 5 ildən az olmayaraq pedaqoji staj

415

2.

Ali təhsilli, 3 ildən az olmayaraq pedaqoji staj; orta ixtisas təhsilli, 10 ildən az olmayaraq pedaqoji staj

443

3.

Ali təhsilli, 3 ildən 8 ilədək pedaqoji staj; orta ixtisas təhsilli, idman üzrə fəxri adı olan; orta ixtisas təhsilli, 18 ildən az olmayaraq pedaqoji staj

458

4.

Ali təhsilli, 8 ildən az olmayaraq pedaqoji staj

472


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam