Redaktor seçimi
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!: “Şamaxılı Cavid”ə "DUR" deyin...-
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
Günün xəbəri

Xarici jurnalistlər Gəncədə raket hücumlarına məruz qalmış ərazilərdə olublar

Qoşulmama Hərəkatının COVID-19-la Mübarizə üzrə Təmas Qrupunun Zirvə toplantısını işıqlandırmaq üçün Azərbaycana gələn bir qrup xarici jurnalist dünən baş tutan Ağdama bir günlük səfərdən sonra Gəncə şəhərinə gəlib və Ermənistanın raket zərbələri endirdiyi ərazilərdə olublar.

Yenixeber.org:  Xarici jurnalistlərə bu faciəvi hadisələr barədə məlumat verilib.

Jurnalistlər günahsız dinc əhaliyə qarşı törədilən hərbi cinayətin nəticələrini öz gözləri ilə görüblər.

"Burada əvvəllər istirahət parkı, yaşayış məhəlləsi olub. Ermənistan silahlı qüvvələri bura gecə saat 1 radələrində, hamı yatarkən zərbə endirməyə başlayıb", - Gəncə Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Yadıgar Bədəlov jurnalistlərə bildirib.

O həmçinin qonaqlara hadisə qurbanlarının fotoşəkilləri yerləşdirilmiş fotostendi nümayiş etdirərək vurğulayıb ki, 2020-ci ilin oktyabrında törədilmiş bu raket hücumları nəticəsində 10-u qadın və 6-sı uşaq olmaqla 26 nəfər həlak olub, 130-dan çox insan yaralanıb.

Y.Bədəlov yaxın zamanda bu ərazidə raket hücumu qurbanlarının xatirəsinə həsr olunmuş xatirə muzeyinin tikintisinə başlanılacağını söyləyib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam