Redaktor seçimi
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Günün xəbəri

“Azərsu” Bakının bəzi ərazilərində suyun kəsilməsinə aydınlıq gətirib

Yenixeber.org: Bunu “Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Anar Cəbrayıllı bildirib. Onun sözlərinə görə, bu qənaət rejimi mənbələrdən götürülən suyun azaldılması ilə bağlı əhalinin dayanıqlı su təchizatının aparılması məqsədilə atılıb.

“Xəzər, Pirallahı, Xətai, Suraxanı, Sabunçu, Binəqədi, Bağlar massivi, Abşeron, Sumqayıt, Qaradağ rayonunun kənd və qəsəbələrində fasiləsiz su olan bəzi ərazilərdə gecə saatlarında, bəzi ərazilərdə isə günün müxtəlif saatlarında suyun verilməsində fasilə yaranır. Bu da anbarlarda ehtiyatların toplanması ilə bağlıdır. Elə ərazilər var idi ki, biz oranı 14 saat su ilə təmin edirdik, amma indi 8-10 saat təmin edə bilirik. Ən çox da tənzimləmə qrafiki Bakıətrafı ərazilərdə, daha çox həyət evlərində vətəndaşlar tərəfindən fərdi qaydada çəkilmiş primitiv şəbəkələrin üstünlük təşkil etdiyi ərazilərdə tətbiq olunur”, - deyə Anar Cəbrayıllı vurğulayıb.

Qeyd edək ki, son günlər sosial şəbəkələrdə Bakının bir neçə ərazisində suyun verilişində yaranan problemlərlə bağlı narazılıqlar olunur.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam