Redaktor seçimi
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
Günün xəbəri

Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı yeni fəaliyyət planı təsdiqlənib

Prezident İlham Əliyev “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizəyə dair 2023–2025-ci illər üzrə Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.
Yenixeber.org:  Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizənin gücləndirilməsi, eləcə də bu sahədə həyata keçirilən sistemli və kompleks tədbirlərin davamlılığının təmin edilməsi məqsədilə qərara alıram:
1. “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizəyə dair 2023–2025-ci illər üzrə Milli Fəaliyyət Planı” (bundan sonra – Milli Fəaliyyət Planı) təsdiq edilsin (əlavə olunur).
2. Milli Fəaliyyət Planında icraçı qismində nəzərdə tutulmuş mərkəzi icra hakimiyyəti orqanlarına, publik hüquqi şəxslərə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə tapşırılsın, Azərbaycan Respublikasının Ali Məhkəməsinə, Azərbaycan Respublikasının Baş Prokurorluğuna, Azərbaycan Respublikasının Mərkəzi Bankına, Azərbaycan Respublikasının Auditorlar Palatasına və Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına isə tövsiyə edilsin ki:
2.1. Milli Fəaliyyət Planının icrası üzrə illik iş planlarını təsdiq etsinlər və bu barədə məlumatı “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə uyğun olaraq yaradılan Koordinasiya Şurasına (bundan sonra - Koordinasiya Şurası) və Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasına göndərsinlər;
2.2. Milli Fəaliyyət Planında nəzərdə tutulan tədbirlərin icrası barədə hər il yanvarın 31-dək Koordinasiya Şurasına və Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasına illik hesabat təqdim etsinlər.
3. Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasına və Koordinasiya Şurasına tövsiyə edilsin ki, Milli Fəaliyyət Planının yerinə yetirilməsi ilə əlaqədar görülən işlərin vəziyyətini birgə təhlil edib bu barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat versinlər.
4. Koordinasiya Şurasına tövsiyə edilsin ki, Milli Fəaliyyət Planında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsini əlaqələndirsin və Milli Fəaliyyət Planından irəli gələn digər zəruri tədbirlər görsün.
5. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam