Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Priqojin rusların cəbhədəki ölü miqyasını ortaya qoyan şəkil PAYLAŞDI  -FOTO

 

“Vaqner”in yaradıcısı Yevgeni Priqojin cəbhədəki ölü miqyasını ortaya qoyan şəkil paylaşıb.

Yenixeber.org: Priqojinin Rusiya müdafiə naziri Sergey Şoyqu və Baş Qərargah rəisi Valeri Gerasimovu vətənə xəyanətdə ittiham etdiyi səsyazısı yayılıb.

Səsyazısından sonra Priqojin ona  irad bildirənlərə, inanmayanlara sübut üçün bədənləri ilə təchizat çatışmazlığını kompensasiya edərək ölən döyüşçülərin dəhşətli fotosunu paylaşıb.

O bildirib ki, Müdafiə Nazirliyi “Vaqner” döyüşçülərini mərmi qıtlığı vəziyyətində saxlamağa davam edir, bunun nəticəsində itkilər kəskin şəkildə artıb.

“Analar, arvadlar və uşaqlar cəsəd alacaqlar. Kim günahkardır? Bizi kifayət qədər sursatla təmin etmək məsələsini həll etməli olanlar günahkardır – Gerasimov və ya Şoyqu.

MN-dəki əclaflar təchizatları göndərənə qədər döyüşçülər hər gün canlarını verəcəklər!
Komandanlıqdakı alçaqlar  ümumiyyətlə düşünürmü ki, “vaqnerlər” döyüşməkdən və ölməkdən imtina etsələr, cəbhəni kim döyüşəcək?

Elə indi ukraynalılar əks-hücumhəyata keçirsələr, bizim oğlanların hücumu dəf etmək üçün sadəcə heç nələri olmayacaq!

Əclaf Şoyqu nəyə nail olmağa çalışır? Bu məxluq artıq hər şeyi alt-üst edib və indi nəhayət müharibəni uduzmaq istəyir?”, – deyə Priqojin qəzəblənib.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam