Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Almaniya bu qışı Rusiya qazı olmadan yaşaya bildi...

Almaniya bu qışı Rusiya qazı olmadan yaşaya bildi...
Almaniya bu il qışdan Rusiya qazı olmadan sağ çıxa bilib.
Yenixeber.org: Bloomberg analitiklərə istinadən bildirib ki, Berlin buna Niderland və Norveçdən qaz, həmçinin mayeləşdirilmiş təbii qaz və kömür idxalı sayəsində nail olub. Bununla belə, analitiklər Rusiyadan enerji təchizatının dayandırılmasının bir hissəsi kimi Almaniyanın üzləşdiyi bir sıra çətinlikləri qeyd ediblər. Onların fikrincə, Almaniyanın yaxın iki ildə əsas problemi maye qazı əsas yük mənbəyi kimi cəlb etməkdir. Norveç və Niderlanddan yanacaq tədarükünə gəlincə, onların qaz ixracını artırmaq üçün limiti var.
“Həmçinin, 2024-cü ilə qədər Niderlandda Qroningen yatağının ekoloji səbəblərə görə bağlanması Almaniyaya boru kəməri qazının tədarükünü azaldan amil ola bilər. İndi bu yataq Almaniyaya verilən yanacağın çox hissəsini istehsal edir” - məqalədə deyilir.
Nəşr yazıb ki, bu qışda hava şəraiti əlverişli idi, sonrakı qışlarda vəziyyət Almaniyanın istədiyi kimi olmaya bilər.
Bundan əlavə, Almaniya kömürdən istifadəni davam etdirməli olacaq və elektrik stansiyaları maksimum gücü ilə işləyəcək. Çinin maye qaza tələbatının artması ehtimalı da Almaniya üçün problemdir.
“Hazırda Almaniya ümumi elektrik enerjisinin 30%-dən çoxunu kömürdən istehsal edir və bu, ölkə hökuməti üçün siyasi xərclərə səbəb olur”, - nəşr qeyd edir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam