Nuridə Allahyarova vəzifədən getdi
Mədəniyyət Nazirliyinin Media və kommunikasiya şöbəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Nuridə Allahyarova vəzifəsindən azad olunub.
Yenixeber.org: Bu barədə o özü sosial şəbəkə hesabında məlumat yayıb.
N.Allahyarova bundan sonra hansı sahədə çalışacağı ilə bağlı açıqlama verməyib: "Mən özüm ərizə ilə müraciət edərək işdən ayrılmaq istədiyimi bildirmişəm. Adil müəllim (red: mədəniyyət naziri vəzifəsini icra edən Adil Kərimli) təkidlə mənə işdə qalmağımı bildirdi. İşdən çıxmağıma səbəb həmişə müəyyən şərtlərin dəyişməsi və mənim onlarla razılaşmamağım olub".