Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Siqaret çəkmək qadağan edilə bilər

 

Azərbaycanda ictimai yerlərdə siqaret çəkilməsi qanunla qadağan edilə bilər. Bununla bağlı qanun layihəsi Milli Məclisin Sosial Siyasət Komitəsində müzakirə edilir.
"Xeberinfo.com":   Məlumata görə, bunu ans press-ə açıqlamasında komitənin sədri, millət vəkili Hadı Rəcəbli deyib.
Onun sözlərinə görə, qanunu qəbul olunmasi üçün bir çox amillər nəzərə alınmalıdır. Hazırda cəmiyyətimizin bu qanunun qəbuluna hazır olub-olmadığı araşdırılır.
Siqaretin satışına gəlincə bu məsələ "Tütün və tütün məmulatları haqqında" haqqında qanunda öz əksini tapıb. Qanunda tədris, tərbiyə, səhiyyə, mədəniyyət obyektləri yaxınlığında, həmçinin uşaq və yeniyetmələr üçün malların satıldığı yerlərdə və 18 yaşından aşağı şəxslərə siqaret satışı qadağan olunur.
Ancaq bu qaydanın icrasında problemlər var. İstənilən məktəbin yaxınlığında siqaret satılması faktının şahidi olmaq mümkündür.Tütün məmulatlarının satışı ilə məşğul olanlar isə bu qanundan ümümiyyətlə xəbərsiz olduqlarını deyirlər. 
Satıcı Araz Ömərov deyir ki: “mən azyaşlılara siqaret satışının qadağan olduğunu bilmirdim. Qanunla qadağandırsa və nəzarət edilsə satmaram. Kim istəyər ki cərimə edilsin?”
Qəzet satışı üçün nəzərdə tutulan qasid dükanında işləyən satıcı Elnur Novruzov da 18 yaşından aşağı şəxsə siqaret satılmasının qanuna zidd olduğunu bilmir. O deyir ki, dənə ilə satdığı siqareti alanlar arasında azyaşlılar daha çoxdur. 
“Amma buna nəzarət gücləndirilsə, bu bizim üçün ciddi itki olar” deyə satıcı əlavə etdi. 
Qanunvericiliyə əsasən satıcı həddi buluğa çatmamış yeniyetməyə bir dənə də olsa siqaret satsa 16.5 manatdan 44 manatadək cərimə oluna bilər. 
Hüquqşünas Aslan İsmayılovun sözlərinə görə inzibati Xətalar Məcəlləsinə əsasən “Ticarət və ya ictimai iaşə müəssisələrinin işçiləri tərəfindən etil (yeyinti) spirti və alkoqollu içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə şərti maliyyə vahidinin (şərti maliyyə vahidi 1 manat 10 qəpikdir) on beş mislindən qırx mislinədək miqdarda cərimə edilir. 
bu sahədə nəzarət mexanizmi ciddi olmadığına görə büdcədən külli miqdarda pullar yayınır”.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) açıqlamalarına görə, dünyada hər dəqiqə 10 milyon ədəd, hər gün isə 15 milyard ədəd siqaret satılır. 
Açıqlamada Azərbaycanın siqaret çəkən ölkələr arasında 85-ci, adambaşına düşən siqaretlərin sayına görə isə dünya ölkələri arasında 22-ci yeri tutduğu bildirilir. 
Səhiyyə Nazirliyinin rəsmisi Nəsib Quliyev isə bu rəqəmlərlə razılaşmır. O qeyd etdi ki: “Azərbaycanda siqaret çəkənlərin sayı azalıb. Lakin təşkilat bunu ölkəmizdə təşviş yaratmaq üçün bilərəkdən edir. Olkəmizdə siqaret çəkənlər günbəgün azalır”.
Statistika Komitəsinin hesabatı da maraq doğurur. Komitənin rəsmisi Yaşar Əliyev açıqlamasında: “bu sorğunun obyektiv olmadığını” etiraf etdi. O dedi ki, sorğu ailə üzvlərinin bir yerdə olduğu zaman alınıb. Heç bir övlad, atasının heç bir qadın isə həyat yoldaşının qarşısında siqaret çəkdiyini etiraf etməz. “Ona görə də statistikada bu faizlərlə rastlaşsaz təəccüblənməyin.”-Yaşar Əliyev belə deyib.
2014-cü ildə siqaret çəkənlərin statistikası
Azərbaycanda siqarət çəkənlər arasında uşaqların sayı da az deyil. Sosioloqlar problemin həlli yolunu orta məktəblərdə maarifləndirici tədbirlərin gücləndirilməsində görürlər. Sosioloq Əhməd Qəşəmoğlu təklif edir ki, Birinci Avropa Oyunları zamanı olduğu kimi bu işə də könüllülər cəlb edilsin. "Könüllülərin əsas hədəfi azyaşlılara siqaret satanlar olmalıdır."-deyə sosioloq əlavə etdi. 
Dünya ölkələri arasında ilk 25-liyə sadəcə çəkdiyimiz siqaret sayı ilə düşməyimiz əlbəttə bizim üçün müsbət hal deyil. Bu statistikada daha yüksəklərə çıxmamaq üçün Milli Məclis, Səhiyyə və Təhsil Nazirliklərini tez bir zamanda hərəkətə keçməlidirlər.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam