Redaktor seçimi
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Günün xəbəri

Siqaretin qiyməti ilə bağlı açıqlama

 

Azərbaycanda yaxın vaxtlarda tütün məhsullarının qiymətinin artması gözlənilmir.

"Xeberinfo.com":  Məlumata görə, bunu bu gün Trend-ə "European Tobacco Baku" ASC-nin İdarə heyətinin sədri Rüfət Quliyev Milli Məclisin Vergi Məcəlləsində ölkədə istehsal edilən tütün məmulatlarının aksiz dərəcələrinin artırılması ilə bağlı qəbul etdiyi dəyişikliklərlə əlaqədar siqaretin qiymətinin artması ehtimalını şərh edərkən deyib. Onun sözlərinə görə, siqaretin qiyməti hələ dəyişmir: "Bu, siqaretin qiymətinə bir neçə faktorun daxil olması ilə əlaqədardır". R.Quliyev qeyd edib ki, daha uzaq gələcəkdə qiymətin artması məsələsi bazarın özündən asılıdır: "Bu, bazarda təklifin və tələbatın nisbətindən, onun tutumundan və s. asılıdır. Üstəlik, məsələnin iqtisadi tərəfindən başqa, sosial tərəfi də mövcuddur. Hazırda topdansatışla məşğul olanlar və əlaqə qurduğumuz, siqaret satışını təşkil edən şirkətlər qiyməti artırmaq istəmirlər". ASC sədri əlavə edib ki, hazırda qiymətin indiki vəziyyətinin nə vaxtadək davam edəcəyini söyləmək çətindir: "Bazarın təhlili aparılacaq və buna müəyyən vaxt tələb olunur. Əlbəttə ki, aksizlərin artırılması adətən yekunda siqaretin qiymətinin artmasına gətirib çıxarır, lakin hazırda bazar və sosial faktorlar ondan xəbər verir ki, yaxın vaxtlarda qiymət əvvəlki səviyyədə olacaq. Azərbaycanda tütün məmulatlarının qiymətləri MDB-də ən aşağı, dünyada isə ən aşağılardan biridir". Qeyd edək ki, Azərbaycan Milli Məclisinin qəbul etdiyi Vergi Məcəlləsində dəyişikliklərə əsasən, 2015-ci ildən 1000 ədəd siqar, ucları kəsilən siqarlar və siqarillanın (nazik siqarlar) qiymətində aksizin payı 10 manat həcmində, tütündən hazırlanmış siqaretlər və onun əvəzediciləri üçün yeni spesifik aksiz dərəcələri 1000 ədədə görə 4 manat təşkil edəcək. Bunadək tütün məhsullarının bütün növlərinin qiymətində aksizin payı 12,5 faiz olub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam