Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Siqaretlə bağlı yeni qadağa

 

Qapalı məkanlarda siqaret çəkməyi qadağan edən qanun layihəsi Milli Məclisin yaz sessiyasında müzakirəyə çıxarıla bilər

 

"Xeberinfo.com":  Məlumata görə, bu barədə Trend-ə Milli Məclisin Sosial siyasət komitəsinin üzvü Musa Quliyev bildirib.
O, qeyd edib: “Qapalı məkanlarda tütün istehlakının məhdudlaşdırılması haqqında” qanun layihəsini Milli Məclisin yaz sessiyasına təqdim etməyi nəzərdə tuturuq. Bilirsiniz ki, biz ictimai yerlərdə siqaret çəkməyin qadağan olunmasını hissə-hissə həyata keçirməyin üstündə dayandıq və bu da yaxşı nəticələr verdi. İlk olaraq bir neçə il bundan əvvəl ictimai nəqliyyatda siqaret çəkməyi qadağan edən qanun qəbul etdik. Bu qanun artıq işləyir. Daha sonra cənab Prezidentin sərəncamı ilə İçərişəhərdə siqaret çəkmək qadağan olundu. Bundan əlavə, ötən ilin sonuncu iclasında Vergi Məcəlləsinə əlavə və dəyişikliklər oldu, tütün məmulatlarına aksiz vergiləri qaldırıldı və onun qiymətləri artırıldı”.
M.Quliyev deyib ki, növbəti addım da “Qapalı məkanlarda tütün istehlakının məhdudlaşdırılması haqqında” qanun layihəsinin qəbul olunması olacaq: “Qanun layihəsində əsas məsələ cərimələrin tətbiq edilməsi deyil, maarifləndirmə məsələsidir, tütünsüz mühit yaradılması məsələsidir ki, insanlar, xüsusən də uşaqlar, yeniyetmələr tütün tüstüsü ilə kontaktda olmasın ki, onlarda da siqaretə meyillilik yaranmasın”.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam