Redaktor seçimi
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Gəncə Dövlət Universiteti rektorunun qapısında təhqir maşını...-
Günün xəbəri

“HƏR GÜN 160 MİLYON AVRO!” –“Biz başlatdığı bu dəhşətli müharibənin bədəlini Rusiyaya ödədirik”

Yenixeber.org: Bunu Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen Kiyevdə Ukrayna Prezidenti Vladimir Zelenski ilə birgə mətbuat konfransında deyib.

Ursula von der Leyen bildirib ki, Aİ-nin və tərəfdaşlarının Rusiyaya tətbiq etdiyi güclü sanksiyalar bu ölkənin iqtisadiyyatına ciddi zərbə vurur. Onun sözlərinə görə, enerji sahəsindəki məhdudiyyətlər Rusiyaya gündəlik 160 milyon avroya başa gəlir.

"Bizim bu təzyiqimiz yeni tədbirlərlə daha da artacaq", - o qeyd edib.

Avropa Komissiyasının Prezidenti əlavə edib ki, Aİ və G7 ölkələri Rusiyanın neft və neft məhsullarının qiyməti ilə bağlı yeni hədd müəyyənləşdirməyi planlaşdırır. Prezident Ursula von der Leyen qeyd edib ki, Rusiya bu müharibəyə başlamazdan əvvəl Aİ Rusiyanın bədəl ödəməyə məcbur olacağı barədə çox aydın danışıb və öz xəbərdarlığını edib.

"Bu genişmiqyaslı işğalın başlanmasının ildönümündə bizim onuncu sanksiyalar paketi də hazır olacaq", - Ursula von der Leyen əlavə edib.

O vurğulayıb ki, Rusiya Ukraynada törətdiyi dağıntıların əvəzini ödəmək məcburiyyətində qalacaq və Ukraynanın yenidən qurulması üçün vəsait ayırmalı olacaq.

“Yəni, Rusiyanın vəsaitləri Ukraynanın xeyrinə istifadə olunacaq. Bunu necə edəcəyimizə biz qərar verəcəyik", - Avropa Komissiyasının Prezidenti vurğulayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam