Redaktor seçimi
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Günün xəbəri

Rusiya etibarlı silah ixracatçısı statusunu itirib:Britaniya kəşfiyyatı


 

Rusiya müdafiə sənayesi kifayət qədər silah istehsal edə bilmir və ya sanksiyalar səbəbindən döyüşlər zamanı məhv edilənləri əvəz edə bilmir.

Yenixeber.org”  tsn.ua-ya istinadən məlumat verir ki, Rusiyanın etibarlı silah ixracatçısı kimi rolu onun Ukraynaya müdaxiləsi və beynəlxalq sanksiyaların tətbiqi ilə zəiflədi.

Bu barədə Böyük Britaniyanın Müdafiə Nazirliyi məlumat yayıb.

Onların fikrincə, Rusiyanın beynəlxalq silah bazarında payı işğaldan əvvəl də azalırdı. İndi ziddiyyətli tələblərlə üzləşən Rusiya, demək olar ki, ixrac tərəfdaşlarını təchiz etməkdənsə, Ukraynaya öz yeni istehsal etdiyi silahların yerləşdirilməsinə üstünlük verəcək.

Həmçinin, komponentlərin çatışmazlığı ixrac üçün zirehli texnika, hücum helikopterləri və hava hücumundan müdafiə sistemləri kimi avadanlıqların istehsalına təsir göstərir.

SIPRI-nin məlumatlarına görə, Rusiyanın qlobal silah ixracı bazarındakı payı əvvəlki dörd illik dövrlə müqayisədə 5% azalaraq 19%-ə düşüb. Onun ixracı da əsasən Hindistan və Vyetnamdan tələbin azalması səbəbindən təxminən dörddə biri azalıb.

İndoneziya keçən il 11 Rusiya qırıcısı sifarişini ləğv edərək, təyyarələri ABŞ və Fransadan alıb.

Hərbi Hüquq Tədqiqatları Mərkəzinin rəhbəri Aleksandr Musienko bildirib ki, Rusiya hələ də yeni texnika istehsal edə bilər, lakin daha az miqdarda və modernləşdirilməyən formada.

Tərcümə etdi: Səadət Sultan


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam