Redaktor seçimi
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Günün xəbəri

Xəstəxanalarda niyə uzun növbələr yaranır? -TƏBİB səbəbini açıqladı

Xəstəxanalarda niyə uzun növbələr yaranır? -    TƏBİB səbəbini açıqladı
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) bir çox xəstəxanalarda müşahidə edilən sıxlıq və uzun növbələrlə bağlı yayılan məlumatlara aydınlıq gətirib.
Yenixeber.org: TƏBİB-in İctimaiyyətlə əlaqələr və tədbirlər şöbəsinə müdiri Zamirə Adilova bildirib ki, bir çox müəssisələrdə qeyri-iş günü olması səbəbindən işləyən insanların şənbə günü tibb müəssisələrinə daha çox müraciəti müşahidə olunur.
"Abşeron Rayon Mərkəzi Xəstəxanasına tibb xidmət almaq üçün müraciət edən şəxslərin sayı 2500-3000 civarında dəyişir. Bu bir şəxsə 4-5 tibbi xidmətin göstərilməsi deməkdir. Bundan başqa, qeyd etməliyik ki, əksər vaxt pasiyentlər tibbi xidmət ehtiyacı olmayan yaxınları ilə birgə tibb müəssisələrinə gəlirlər. Bu da əlavə sıxlıq yaradır.
Vətəndaşların xidmətlərə əlçatanlığının təmin edilməsi üçün hazırda onlar birbaşa ixtisaslı həkimə müraciət edir, artıq ailə həkiminə müraciət zərurəti yoxdur. İxtisaslı həkimdən yardım üçün isə çoxsaylı birbaşa müraciətlər var. Bunların əsasında da instrumental-laborator müayinələr artır. Bu da öz növbəsində bəzi xəstəxanalarda kifayət qədər çox növbə yaranmasına səbəb olur".
Z.Adilova qeyd edib ki, növbələr planlı xidmətlər üçün yaranır, təcili və təxirəsalınmaz tibbi yardım üzrə müarciətlər növbəsiz şəkildə qəbul olunur.
"Sözügedən məsələni tənzimləmək üçün “e-tabib” tətbiqi vasitəsilə randevu və onlayn qeydiyyat sisteminin tətbiqi bu növbələrin qarşısını almağa hesablanıb.
Eyni zamanda Abşeron Rayon Mərkəzi Xəstəxanasında da qeydiyyat və gözləmə yeri genişləndirilir, elektron tablolar qurulur. Yaxın günlərdə proses başa çatdırılacaq.
Onu da diqqətə çatdırmaq istəyirik ki, vətəndaşlarımız birbaşa ixtisaslı həkimlərə müraciət etmək əvəzinə, növbələrdən xilas olmaq üçün poliklinikalar üzrə təhkim olunmuş ailə həkimlərinin qəbulunda ola bilərlər. Ailə həkimləri onların sağlamlıqları ilə bağlı problemləri düzgün şəkildə müəyyənləşdirərək ixtisaslı həkimlərə göndərəcəklər ki, bu da həmin şəxslərin vaxtlarına da qənaət edəcək".

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam