Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

“Australian Open” qalmaqalı:Cokoviçin atası pərəstişkarlarını Z hərfli köynəklərdə olan fanatları salamladı

 Srdjan Cokovic "Z" hərfi olan köynək geyinmiş fanatla şəkil çəkdirib.

“Yenixeber.org” sport.unian.net-ə istinadən məlumat verir ki, “Böyük Dəbilqə” yarışlarının 21 qat qalibi Novak Cokoviçin atası Srdjan Cokoviç Avstraliya Açıq çempionatına Rusiya bayraqları və Putinin şəklini gətirən fanatları ilə video çəkdirib.

“Daily Mail” nəşri yazır ki, insident Novak Cokoviç - Andrey Rublev arasında keçirilən və üç setdə serblərin qələbəsi ilə başa çatan matçdan sonra baş verib.

Məşhur tennisçinin atası köynəyində “Biz haradayıqsa, Rusiya da oradadır” yazılmış və  “Z” hərfi təsvir olunmuş fanat ilə foto çəkdirib.

Bundan əlavə, videoda Srdjan Cokoviçin “Yaşasın ruslar”, - dediyi fraqment də var. Bildirilir ki, “Australian Open”in təşkilatçıları artıq komandaya və Novak Cokoviçin ailəsinə siyasi bəyanatlardan çəkinmək üçün müraciət ediblər.

Ştat polisi çərşənbə gecəsi turnirin Melbourne Park kompleksində terrorçu ölkənin çoxsaylı bayraqlarını, o cümlədən birində Putinin şəkli olan bayraqları dalğalandırarkən rusiyapərəst şüarlar səsləndirdikləri üçün dörd nəfəri saxlayıb.

 Tərcümə etdi: Səadət Sultan


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam