Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

Ukraynalı jurnalistlər Xudafərin körpüsündə olublar

 Bir qrup ukraynalı jurnalistə işğaldan azad edilmiş Cəbrayıl rayonundan Xudafərin körpüsünə səfər zamanı işğal illərində nəzarətsiz qalan Azərbaycan-İran sərhədinin bütövlükdə narkotik və qeyri-qanuni silah ticarəti üçün istifadə edilməsindən danışılıb.

Yenixeber.org: Jurnalistlərə Xudafərin körpüsünün yaranma tarixi, 44 günlük Vətən Müharibəsi zamanı bu ərazilərin işğaldan azad edilməsi və Araz çayının digər tərəfində, yəni İranda yaşayan azərbaycanlıların bu hadisələrə münasibəti barədə məlumat verilib.

Ukraynalı jurnalistlər burada Azərbaycan kəndinin demək olar ki, tamamilə dağıdılmasının izlərini görüb, 27 illik işğal zamanı bu ərazidə nələrin baş verdiyini öyrəniblər.

Xatırladaq ki, bu gün Ukraynanın “1+1” və “5-ci kanal” telekanallarının, UNİAN informasiya agentliyinin, “Ukraina seyças” və “Tretya sila” internet nəşrlərinin əməkdaşları Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfər ediblər.

Onlar 30 ilə yaxın Azərbaycan ərazilərinin işğalı zamanı ermənilərin törətdikləri dağıntılar, vandalizm faktları ilə tanış olublar.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam