Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

Son bir həftədə unun qiyməti dəyişməz qalıb –Tam siyahı


Azərbaycanda unun topdansatışı ilə 23 şirkət və bir fərdi sahibkar məşğul olur və onların arasında unu ən baha qiymətə "Azeri-Arapoğlu U.S.və T.LTD" BM (VÖEN – 2300083591) ilə “Nural” MMC (VÖEN – 1000177971) şirkəti satır.
Yenixeber.org: Hər iki şirkət 50 kiloqramlıq un kisəsini 38 manat 50 qəpiyə satır.

“Azeri-Arapoğlu U.S.və T.LTD" BM şirkətinin satış mərkəzi Gəncə şəhərində, “Nural” MMC-nin satış mərkəzi isə Tovuz rayonunda yerləşir.
50 kiloqramlıq un kisəsini ən ucuz qiymətə Şabran rayonu, Ağalıq kəndində yerləşən "Dəvəçi-Taxıl" MMC (VÖEN – 5000365181) satır. Bu şirkət bir kisə unu müştərilərə 37 manatdan təklif edir.
Onu da bildirək ki, Bakı şəhərində un satışı ilə 6 şirkət məşğul olur. Həmin şirkətlərdən 5-i 50 kiloqramlıq un kisəsini 37,95 manata təklif edir. “Qarabağ un” MMC-nin qiyməti isə bunlardan 20 qəpik ucuzdur – 37,70 manat.
Qeyd edək ki, 6 dekabr 2022 – 12 yanvar 2023-cü il tarixləri arasında Azərbaycanda unun topdansatış qiyməti aşağıdakı kimi olub:


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam