Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Ukrayna Silahlı Qüvvələri Rusiyanın Soledarın tutulması ilə bağlı bəyanatını təkzib edib.

 

 Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Şərq Qüvvələri Qrupunun nümayəndəsi Sergey Çerevatıy RBK-nın Ukraynaya şərhində bildirib.

 “Yenixeber.org”  ru.slovoidilo.ua-ya istinadən məlumat verir ki, Rusiya Müdafiə Nazirliyinin Donetsk vilayətində Soledarın ələ keçirilməsi ilə bağlı bəyanatı həqiqətə uyğun deyil.

“Xeyr, bu doğru deyil. Şəhərdə döyüşlər gedir. Təfərrüatları deyə bilmərəm”, - deyə, Çerevatıy bildirib.

Bu gün Rusiya Müdafiə Nazirliyinin nümayəndəsi bildirib ki, yanvarın 12-də rus qoşunları “uğurlu hücum əməliyyatlarının davam etdirilməsi üçün vacib olan Soledarın azad edilməsini başa çatdırıblar”.

Müdafiə Nazirliyi Hava-Dəniz Qüvvələrinin hərəkətlərini xüsusilə qeyd edib, baxmayaraq ki, bir neçə gün əvvəl Vaqner PMC-nin muzdluları Soledarın tutulduğunu elan etmişdilər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam