Yenixeber.org: Bu barədə Komissiyanın üzvü Əliməmməd Nuriyev məlumat verib. O bildirib ki, komissiyanın üzvləri toplaşaraq müraciətlərə baxacaqlar:
" Bir qayda olaraq Novruz bayramı ərəfəsində əfv olur. Müraciətlərə baxılacaq və Prezident İlham Əliyevə təqdim olunacaq. Onun imzalayacağı sərncamla əfv olacaq ".
Qeyd edək ki, sonuncu əfv sərəncamı ötən ilin 27 may tarixində Prezident İlham Əliyev tərəfindən imzalanıb. “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Sərəncama əsasən, məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxılaraq, məhkumların şəxsiyyəti, səhhəti, ailə vəziyyəti, törətdikləri cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cəza çəkdikləri müddəti və həmin müddətdə davranışları nəzərə alınaraq, humanizm prinsipləri əsas götürülərək ümumilikdə 213 nəfər əfv edilib.
Belə ki, azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş 168 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib, 36 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb.
Eləcə də azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş 3 nəfər cəzadan azad ediliblər. Həmçinin azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 6 nəfər cəzalarının çəkilməmiş hissəsindən azad olunublar.
Əfv komissiyasının iclasları başlayır
Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının ilk iclası keçiriləcək.