Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

Qlobal iqtisadi artım barədə ilkin proqnoz -Dünya Bankı

Dünya Bankı: Qlobal iqtisadi artım kəskin azalacaq

Dünya Bankı (DB) davamlı yüksək inflyasiya səbəbindən 2023-cü il üçün qlobal iqtisadi artım proqnozunu kəskin şəkildə aşağı salıb.

Yenixeber.org: Bu barədə Bankın qlobal iqtisadiyyata dair hesabatında qeyd olunub. Bildirilib ki, bu il qlobal ümumidaxili məhsul (ÜDM) 1.7% artacaq. Ötən ilin yayında açıqlanan hesabatda qlobal iqtisadi artım 3% proqnozlaşdırılmışdı.

Dünya Bankı hesab edir ki, qlobal iqtisadi artımın yavaşlaması onun resessiyaya yaxınlaşdığını göstərir. Adambaşına düşən illik qlobal gəlirin azalmasına yüksək inflyasiya, eləcə də bəzi ölkələrdə monetar sərtləşdirmə səbəb olub. İqtisadi inkişaf baxımından üç əsas dünya lideri – ABŞ, Avropa və Çin iqtisadi göstəricilərin kəskin azalması ilə üzləşib və bu, inkişaf etməkdə olan ölkələrin bazarında pisləşməyə səbəb olub.

Bu amilləri nəzərə alaraq Dünya Bankı qlobal iqtisadi artımın 2023-cü ildə 1.7%, 2024-cü ildə isə 2.7% azalacağını gözləyir. Bundan əlavə, bank inkişaf etmiş ölkələrin 95%-i və inkişaf etməkdə olan ölkələrin 70%-i üçün 2023-cü il üçün iqtisadi artım proqnozlarının azaldığını açıqlayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam