Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

Kürdəmirdə 2 il əvvəl törədilən oğurluq hadisəsinin üstü açılıb -FOTOLAR

 

Yenixeber.org -a verilən məlumata əsasən, Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 7-də rayonun Bağman kəndi ərazisində yerləşən fərdi təsərrüfatların birindən 4 baş xırdabuynuzlu heyvan oğurlamaqda şübhəli bilinən Ağsu rayonu Abasxanlı kənd sakinləri Müşfiq Quliyev və Nail Qənbərov saxlanılıblar.

Dindirilmə zamanı həmin şəxslər törətdikləri əməli etiraf ediblər.

Şöbə əməkdaşları tərəfindən həmin şəxslərin ətrafında aparılan əməliyyat tədbirləri zamanı onların 2 il əvvəl törətdikləri daha iki oğurluq hadisəsinin üstü də açılıb. Belə ki, 2021-ci ilin iyul və noyabr aylarında M.Quliyev və N.Qənbərov həmkəndliləri Nazim İsmayılovla birlikdə qabaqcadan əlbir olaraq rayonun Bağman və Böyük Kəngərli kəndləri ərazisində yerləşən iki təsərrüfatdan ümumilikdə 10 xırdabuynuzlu heyvan oğurlamaqla zərərçəkmişlərə maddi ziyan vurublar. Həmin heyvanları isə dəstə üzvləri dəyərindən ucuz qiymətə sataraq əldə etdikləri pulları öz aralarında bölüblər.

Faktla bağlı Kürdəmir RPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib. Onların digər analoji cinayət hadisələrində iştirakının olub-olmaması araşdırılır.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam