Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

Ukrayna cəbhəsində son durum belədir -AÇIQLAMA

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı cəbhədəki son vəziyyət barədə məlumat yayıb.

Yenixeber.org: Məlumatda Rusiya qoşunlarının Baxmut istiqamətində irəliləməyə çalışması qeyd olunub.

Bildirilib ki, Avdeevka və Liman bölgələrində rus ordusu taktiki vəziyyəti yaxşılaşdırmağa çalışır, Novopavlovskda isə güclənməyə cəhd edir.

"Ukrayna Silahlı Qüvvələri Rusiya hərbçilərinin Luqansk və Donetsk vilayətlərinin 13 yaşayış məntəqəsinə hücumlarını dəf edib. Gün ərzində Rusiya qoşunları Ukraynaya 6 raket zərbəsi və 52 hava zərbəsi endirib. Bütün raketlər və 30 digər hava zərbələrində mülki infrastruktur hədəf alınıb. Rusiya ordusu havaya 27 zərbə dronu buraxıb. Onların hamısı zərərsizləşdirilib. Dekabrın 31-də Ukrayna Silahlı Qüvvələrinin Xerson vilayətinin Çulakovka kəndinə hücumundan sonra 500-ə yaxın rus hərbçisi yaralanıb və ya ölüb", - deyə məlumatda deyilir.

Xatırladaq ki, bu ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam