Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

ASAPES-in əməkdaşı karyera forumunda iştirak edib -FOTOLAR

ASAPES əməkdaşı karyera forumunda iştirak etdi - FOTOLAR

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ASAPES) SABAH Mərkəzinin əməkdaşı Lalə Şirinzadə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə dekabrın 21-də keçirilən Azərbaycan Karyera İnkişaf Forumunda iştirak edib.

Yenixeber.org: “Gələcəyə hazır ol!” devizi altında təşkil olunan forumda "Karyera Mərkəzlərinin yaratdığı fürsətlər", "Peşəkar karyera mühitində yeni çağırışlar" və "İş mühitində davamlı inkişafı necə təmin etməli" adlı 3 panel müzakirə keçirilib.

Forumda əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, təhsil naziri Emin Əmrullayev, gənclər və idman naziri Fərid Qayıbov, iqtisadiyyat nazirinin müavini Elnur Əliyev, həmçinin millət vəkilləri, yerli və xarici spikerlər, karyera məsləhətçiləri, insan resursları üzrə mütəxəssislər, təhsil ekspertləri və inkişaf mentorları iştirak edib.

ASAPES əməkdaşı karyera forumunda iştirak etdi - FOTOLAR

ASAPES əməkdaşı karyera forumunda iştirak etdi - FOTOLAR



ASAPES əməkdaşı karyera forumunda iştirak etdi - FOTOLAR


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam