Redaktor seçimi
Məhəmməd Musayev Saleh Məmmədovu necə aldadır? -
Gəncə Dövlət Universitetində baş verənlər şok edir...  Rektor Yusif Yusibovun adı ağır cinayət iddialarında: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - 
QHT-lərə Dövlət Agentliyindən Nazirlər Kabinetinə sayqısızlıq -
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi ifşa olunur: reklam təşkilatının nikah layihəsinə dəstək -
Qobu Bələdiyyəsinin sədrinin saxta imzası üzə çıxdı:
 Eyni QHT-lər, eyni layihələr: dövlət düdcəsi harada itir? -
Günün xəbəri

Azad edilmiş ərazilərdə 57 min hektar ərazi minalardan təmizlənib

 
Qarşıdakı 5 ildə azad olunmuş ərazilərdə minalardan təmizlənə təxminən 280 min hektar ərazini əhatə edəcək.
Yenixeber.org:  Bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin tərəfdaşlığı ilə Bakıda keçirilən “Böyük Qayıdış: İlham Əliyev siyasətinin təntənəsi” adlı konfransda deyib.
Onun sözlərinə görə, “Böyük Qayıdış” proqramı çərçivəsində bir sıra mühüm işlərin də görülməsi nəzərədə tutulur: "Böyük Qayıdış” proqramı qəbul ediləndən öncə biz artıq azad edilmiş ərazilərdə 57 min hektar ərazini minalardan təmizləmişik. Qarşıdakı illərdən bu göstərici daha da artacaq”.
V.Qasımlı bildirib ki, bundan sonra torpaq, su və əmlak resurlarının inventarlaşması və Azərbaycanın mövcud olan rəqəmsal sistemlərinə inteqrasiyası əsas məslələrdən biridir: “Proqram tərtib ediləndə artıq 14 min əmlakın çöl inventarlaşdırma işləri həyata keçirilmişdi. Torpaq resursları ilə bağlı isə təxminən 240 xəritənin hazırlanması işləri həyata keçiriləcək. Mülkiyyət növü olaraq torpaqlar dövlət, özəl və bələdiyyə torpaqlarına bölünəcək. Təxminən 200 min hektar torpaq isə əkin sahələri üzrə inventarlaşacaq".

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam