Redaktor seçimi
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Günün xəbəri

Maliyyə Nazirliyinin səlahiyyətlərindən biri ləğv edilib

 

Maliyyə Nazirliyinin səlahiyyətlərindən biri ləğv edilib.

Yenixeber.org: Bu, Prezident İlham Əliyevin Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Maliyyə Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi tədbirləri haqqında” 2009-cu il 9 fevral tarixli 48 nömrəli və “Azərbaycan Respublikası Maliyyə Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2019-cu il 16 oktyabr tarixli 842 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə fərmanında əksini tapıb.

Dəyişikliklə Nazirlik öz vəzifələrini həyata keçirmək üçün büdcə təşkilatları və dövlət büdcəsindən dotasiya, subsidiya, subvensiya və digər maliyyə yardımları alan təşkilatlardan həmin vəsaitlərdən istifadə barədə müəyyən olunmuş qaydada aylıq hesabat almayacaq.

Əvvəl isə Nazirlik öz vəzifələrini həyata keçirmək üçün büdcə təşkilatları və dövlət büdcəsindən dotasiya, subsidiya, subvensiya və digər maliyyə yardımları alan təşkilatlardan həmin vəsaitlərdən istifadə barədə müəyyən olunmuş qaydada aylıq, rüblük və ilin əvvəlindən artan yekunla funksional, iqtisadi və inzibati təsnifat üzrə hesabatlar almaq hüququna malik idi.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam