Redaktor seçimi
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Günün xəbəri

Azərbaycan Mərkəzi Bankı Aktuari İnkişaf Proqramına başlayıb

 

Azərbaycan Mərkəzi Bankı (AMB) "Azərbaycan Sığortaçılar Assosiasiyası" İctimai Birliyi ilə birlikdə ölkədə müasir bilik və bacarıqlara malik aktuarilərin yeni nəslinin formalaşdırılması məqsədi ilə Aktuari İnkişaf Proqramına başlayıb.

Yenixeber.org:  Məlumata görə, proqram Türk Sığorta İnstitutu Vəqfinin (TSEV) və yerli mütəxəssislərin dəstəyi ilə icra olunur, 15 ay davam edəcək. Onun iştirakçılarına nəzəri biliklərlə yanaşı sığorta sektorunda təcrübə keçmək imkanı da yaradılıb.

Dekabrın 19-da AMB-də Aktuari İnkişaf Proqramına qatılmaq hüququ qazanmış 90 nəfərlə görüş keçirilib. Görüşdə iştirakçılara proqramın məqsədləri və tələbləri ətraflı izah edilib, proqramda müvəffəqiyyətlə iştirak üçün lazımi tövsiyələr verilib. Bildirilib ki, proqramı uğurla tamamlayan şəxslər üçün sığorta sektorunda müvafiq peşə üzrə əmək fəaliyyətini davam etdirmək imkanları təmin ediləcək.

"AMB sığorta sektorunun davamlı və dayanıqlı inkişafı məqsədilə geniş miqyaslı strateji fəaliyyətini davam etdirir. Bu istiqamətdə intensiv formada həyata keçirilən layihələrdən biri də sığortaçılarda kadr potensialının genişləndirilməsi layihəsidir. Sığorta şirkətlərinin əməkdaşlarının, həmçinin sektorda fəaliyyət göstərmək istəyən şəxslərin peşəkar bilik və bacarıqlarının artırılmasına xidmət edən bu layihə çərçivəsində sığorta sahəsində müxtəlif peşə kateqoriyaları üzrə beynəlxalq səviyyədə təlim proqramları təşkil edilməkdədir. Sığorta şirkətlərinin maliyyə dayanıqlığının ölçülməsində əhəmiyyətli rola malik aktuar sahəsinin inkişafı AMB-nin prioritetləri arasındadır", - deyə qurum bəyan edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam