Aİ-nin 9-cu sanksiyalar paketinə 168 Rusiya şirkəti daxil edilib
Avropa İttifaqı (Aİ) 168 Rusiya şirkətini 9-cu sanksiyalar paketinə daxil edib.
Yenixeber.org: Bunu Avropa Komissiyasının vitse-prezidenti Valdis Dombrovskis deyib.
Onun sözlərinə görə, söhbət hərbi-sənaye, dağ-mədən və enerji sektorunda fəaliyyət göstərən şirkətlərdən gedir. Yaxın günlərdə sanksiyalar siyahısı Aİ-nin rəsmi jurnalında dərc olunacaq.