Redaktor seçimi
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Günün xəbəri

Türkiyədən mənzil alan azərbaycanlıların sayı azaldı, rusların sayı kəskin artdı –Rəqəmlər


Bu ilin 11 ayı ərzində Azərbaycan vətəndaşları Türkiyədən 1 191 mənzil satın alıblar.
Yenixeber.org: Türkiyə Statistika Xidmətindən açıqlanan məlumatlarda bildirilir ki, azərbaycanlılar ötən ay - noyabrda Türkiyədən 104 mənzil alıblar. 

Ötən ilin eyni dövrü ilə müqayisədə bu ilin noyabr ayında Türkiyədən mənzil alan azərbaycanlıların sayı azalıb. Belə ki, 2021-ci ilin noyabr ayında azərbaycanlılar Türkiyədən 185 mənzil alıblar.
Onu da bildirək ki, son ildə 8 ildə Azərbaycan vətəndaşları Türkiyədn 8 min 795 mənzil alıblar:

İllər Mənzillərin sayı
2015 815
2016 610
2017 942
2018 1 250
2019 1 191
2020 1 279
2021 1 517
2022
Yanvar-Noyabr
1 191
Cəmi 8 795


Onu da bildirək ki, bu ilin ilk 11 ayı ərzində Türkiyədən ən çox Rusiya (13 min 909 mənzil), İran (7 min 548 mənzil), İraq (5 min 896 mənzil), Almaniya (2 min 493 mənzil), Qazaxıstan (2 min 436 mənzil) və Ukrayna (2 min 268 mənzil) vətəndaşları mənzil alıb. Əvvəlki illə müqayisədə Türkiyədən mənzil alan Rusiya vətəndaşlarının sayı 2 dəfədən çox artıb. Belə ki, 2021-ci ildə Rusiya vətəndaşları Türkiyədən 5 min 379 mənzil alıblar.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam