Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Şuşa-Xankəndi yolunda keçirilən aksiyanın iştirakçısı:“Etirazın müddətsiz davam etməsinə hazırıq”

 

“Volkov gəlib tələblərimizə cavab verməyənə qədər aksiyanı davam etdirəcəyik. Etiraz aksiyasının müddətsiz davam etməsinə də hazırıq”.

Yenixeber.org: Bunu Şuşa-Xankəndi yolunda QHT nümayəndələri, ekofəallar və könüllülərin iştirakı ilə keçirilən etiraz aksiyasının iştirakçısı - "Sözsüz dünya" İctimai Birliyinin sədri Aida Səfərova deyib.

O bildirib ki, dünəndən aksiyada iştirak edən iştirakçılar gecə hava soyuq olmasına baxmaraq ərazini tərk etməyib:

“Aksiyada QHT nümayəndələri, aktivistlər, ictimai fəallar iştirak edir. Hər kəs əzmkarlıq göstərir. Gecə ərzində də "Ekoloji terrora son!" və müxtəlif şüarları səsləndirildi”.

Birlik sədri qeyd edib ki, Rusiya sülhməramlı qüvvələrinin komandanı general-mayor Andrey Volkov əraziyə gələrək aksiyaçıların tələblərinə cavab verməyənə qədər aksiyanı davam etdirəcəklər

“Hətta aksiyanın müddətsiz davam etməsinə də hazırıq. Biz Azərbaycandan olan ekoloqlarımızın təbii sərvətlərimizin talandığı ərazilərdə monitorinq aparılmasının təmin edilməsini tələb edirik. Bu tələbimizi Volkov təmin etməlidir. Lakin dünəndən etibarən heç kim qarşımıza çıxmır”.

Qeyd edək ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.

Xatırladaq ki, 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam