Redaktor seçimi
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Günün xəbəri

Azərbaycan və Ermənistan xarici işlər nazirləri daha bir görüş təşkil etmək barədə razılığa gəliblər

 

“Birləşmiş Ştatlar Cənubi Qafqazda dinc gələcəyin təmininə kömək üçün tərəflərlə çox fəal işləyir”.

Yenixeber.org: Bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays brifinq zamanı deyib.

Onun sözlərinə görə, bundan əvvəl Vaşinqtonda dövlət katibi Antoni Blinkenin iştirakı ilə Azərbaycan və Ermənistan nümayəndələri ilə iki üçtərəfli görüş keçirilib. Həmçinin tərəflərlə telefon əlaqəsi də davam etdirilir.

“Ermənistan və Azərbaycanın xarici işlər nazirləri danışıqları sürətləndirmək, yaxın həftələrdə daha bir görüş təşkil etmək barədə razılığa gəliblər”, - deyə o bildirib.

Prays əlavə edib ki, Birləşmiş Ştatlar tərəflər arasında konstruktiv atmosfer və dialoqun davamına ümid edir.

“Vaşinqton davamlı sülhün təmin edilməsinə və iki dövlət arasında problemlərin həllinə yönəlmiş diplomatik səyləri dəstəkləyir”, - deyə Ağ Ev sözçüsü sözlərini yekunlaşdırıb.

Xatırladaq ki, noyabrın 7-də Vaşinqtonda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun və ermənistanlı həmkarı Ararat Mirzoyanın görüşü baş tutub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam