Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

Zərdabda maarifləndirmə tədbiri keçirilib -FOTOLAR

 
Zərdab Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun Pərvanlı kənd tam orta məktəbində yuxarı sinif şagirdləri ilə “Narkomaniyaya yox, erkən nikaha və dini radikalizmə qarşı mübarizə” mövzusunda görüş keçirilib. Tədbirdə Rayon İcra Hakimiyyətinin, Gənclər və İdman İdarəsinin, Gənclər Evinin, eləcə də Uşaq və Ailələrə Dəstək Mərkəzinin nümayəndələri və məktəbin pedaqoji heyəti iştirak ediblər.
Yenixeber.org: Görüşdə RPŞ-nin rəis müavini, polis polkovnik-leytenantı mayoru Urman Ağayev çıxış edərək narkomaniyanın ağır sosial bəlaya səbəb olan zərərli hallarından söhbət açıb, narkotik maddələrin insan sağlamlığına və psixologiyasına vurduğu zərər, eləcə də insanda yaratdığı asılılıq barəsində gənclərə ətraflı məlumat verib. O, ölkənin hər yerində narkomanlıqa mübarizənin gücləndirilməsi, narkomanlığa düçar olmuş şəxslərin sağlam həyata qaytarılmasından və bu işdə cəmiyyətin hər bir üzvünün fəallıq göstərməsinin zəruriliyindən danışıb.
 
Daha sonra çıxış edən iştirakçılar dini radikalizm haqda danışaraq, ölkəmizdə dini azadlığın, tolerantlığın mövcud olduğunu qeyd ediblər. Erkən nikah mövzusuna da toxunan məruzəçilər bu halların doğurduğu mənfi cəhətlərdən və gənc ailələrdə yaratdığı problemlərdən danışıblar.
Tədbirin sonunda narkomaniyanın zərərlərini əks etdirən videoçarx nümayiş olunub, məktəbliləri maraqlandıran suallar cavablandırılıb.
 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam