Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

“Qaraheybət” şəhidləri anıldı -FOTOLAR

“Qaraheybət” şəhidləri anıldı -    FOTOLAR  
Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi helikopterinin ötən il “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları zamanı qəzaya uğraması nəticəsində həlak olan hərbi qulluqçuların xatirəsi anılıb.
Yenixeber.org: Bu münasibətlə noyabrın 30-da həlak olan hərbi qulluqçuların II Fəxri xiyabanda məzarları ziyarət edilib, məzarları önünə gül dəstələri düzülüb, əklillər qoyulub, ruhlarına dualar oxunub.



Anım mərasimində DSX-nın əməkdaşları ilə yanaşı, Milli Məclisin deputatları, rayon icra hakimiyyətlərinin nümayəndələri, həlak olanların doğmaları, məktəblilər, qazilər iştirak ediblər.



Xatırladaq ki, Dövlət Sərhəd Xidmətinin (DSX) 2021-ci il noyabrın 30-u saat 10:40-da hərbi helikopterinin Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları zamanı qəzaya uğraması nəticəsində 14 hərbi qulluqçu həlak olub, iki nəfər isə yaralanıb. (FOTO - AzərTac)
















Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam