Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
Günün xəbəri

Çin Azərbaycanla Azad Ticarət Sazişinə qoşulmasının üstünlüklərini açıqlayıb

 

Azərbaycan Çinlə Azad Ticarət Sazişinə qoşularsa, bunun ikitərəfli ticarətə, eləcə də investisiya əməkdaşlığına əhəmiyyətli təkan verəcək.

Yenixeber.org:  Bunu Bakıda keçirilən "Ticarət və İxracat Forumu"nda (TEF-2022) Çinin Azərbaycandakı səfirliyinin iqtisadi-ticari məsələlər üzrə müşaviri Ma Çi deyib.

O bildirib ki, bundan əlavə, bu ildən Çin CAREC (Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramı) çərçivəsində üzv ölkələrin müvafiq qurumları üçün elektron ticarət, Azad Ticarət Sazişi və digər əlaqəli sahələr üzrə təlimlər təşkil edib: "Azərbaycandan da müvafiq təşkilatlar təlimə iştirakçılar göndərib".

Müşavir Çinin Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) çərçivəsində Azərbaycanla əməkdaşlığına toxunaraq qeyd edib ki, ŞƏT-ə gəlincə, Azərbaycan hazırda qurumda müşahidəçi qismində çıxış edir.

"Çinin ŞƏT üçün yaratdığı iqtisadi və ticarət əməkdaşlıq platformaları Azərbaycan şirkətləri üçün də açıqdır. Məsələn, Çin Şandun əyalətinin Qingdao şəhərində ŞƏT nəzdində Regional İqtisadi və Ticarət Əməkdaşlıq Sərgi Zonasını yaradıb. Sərgi zonasındakı Ekspo mərkəzi Azərbaycan şirkətləri və məhsulları üçün pulsuz sərgi stendləri təqdim edə bilər. Biz Azərbaycanın bütün sektorlarını ŞƏT çərçivəsində iqtisadi və ticarət fəaliyyətini fəal şəkildə dəstəkləyirik".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam