Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Ekspert:"İran Güney Azərbaycanın sərvətlərini talan edir"

 

"İran hakimiyyətinin yürütdüyü yarıtmaz və Güney Azərbaycanın təbiətinə laqeyd siyasət nəticəsində Urmiyə gölü də quruyur".

Yenixeber.org: Bunu Güney azərbaycanlı ekspert Səttar Sevgin Bakıda “Urmiya gölünün qurudulması” ilə bağlı keçirilən ictimai müzakirədə çıxışı zamanı deyib.

O qeyd edib ki, Urmiya gölünün qurudulması ilə bağlı İran ərazisində, eləcə də ölkədən kənarda, həmçinin Bakı şəhərində İran səfirliyinin qarşısında müxtəlif qurumlar tərəfindən dəfələrlə etiraz aksiyaları keçirilsə də, İran hökuməti indiyədək ciddi tədbir görməyib.

S.Sevgin bildirib ki, əksinə, rəsmi Tehran tərəfindən bu prosesə İran ərazisində və İrandan kənarda etiraz edənlər siyasi və fiziki təqiblərə məruz qalır, həbs edilir, fəalların gözünün qorxudulması üçün onlara işgəncə verilir.

Onun sözlərinə görə, İran hakimiyyəti Güney Azərbaycanın yeraltı və yerüstü sərvətlərini istismar edərək farsdilli sayılan əyalətlərin abadlaşmasına və inkişafına xərcləyir: "İran hakimiyyətinin yürütdüyü yarıtmaz və Güney Azərbaycanın təbiətinə laqeyd siyasət nəticəsində Urmiyə gölü də quruyur. İran azərbaycanlıları farslaşdırmağa, Azərbaycan türklərini əritməyə çalışır. Yeraltı sərvətlərini, fabriklərin hamısını fars bölgəsinə daşıyırlar. Azərbaycanın inkişafını İranın gözü götürmür. İran azad və demokratik bir ölkə olsaydı, İran Azərbaycana Türkiyə kimi qardaş ölkə deyərdi. Qarabağın işğalında İranın birbaşa əli olub. İndiyə qədər Azərbaycan İrana bir söz deməyib. İran Azərbaycanın ayaqda durmasını istəmir. İranda yaşayan qadınların haqqı tapdalanır, ictimai, sosial durum ağır vəziyyətdədir".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam