Ermənilər qəbirlərimizi təhqir edirlər -Video
Ermənilərin azərbaycanlılara məxsus qəbirləri dağıtdıqlarını əks etdirən yeni görüntülər yayılıb.
Yenixeber.org: Bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb.
Paylaşılan vandallıq videosunun harada çəkildiyi məlum deyil, ancaq relyefinə görə Qarabağa oxşayır.
Videoda hərbi geyimdə olan ermənilərin azərbaycanlılara məxsus qəbirləri təhqir etmələri – başdaşılarını sındırmaları və qəbrin üstündə gəzmələri əks olunub.
Kadrlardakı ermənilərdən birinin gödəkçəsinin qolunda Rusiya Federasiyası Daxili Qoşunlarına məxsus şevron (2016-cı ilədək istifadə olunub – red.) olduğu da görünür.