Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

AZAL-ın helikopterlərini heç kim almır -Qiyməti 2 dəfə aşağı saldılar


Daha əvvəl 4 dəfə açıq hərraca çıxarılan "Azərbaycan Hava Yolları" QSC-yə (AZAL) məxsus 3 ədəd helikopter 5-ci dəfə hərraca çıxarılır.
Yenixeber.org: Bu barədə Əmlak Məsələləri Dövlət Xidmətinin yaydığı məlumatda bildirilib.

Məlumatda göstərilir ki, 1 ədəd “Airbus Helicopters EC-135P2” və 2 ədəd  “Airbus Helicopters EC-155B1” helikopteri bu gün - 15 noyabr 2022-ci il tarixində yenidən hərraca çıxarılacaq.
“Airbus Helicopters EC-155B1” helikopterləri 2005-ci, “Airbus Helicopters EC-135P2” helikopteri isə 2009-cu ildə istehsal olunub. 
Hava nəqliyyatı vasitələrinin hər birinin start qiyməti 1 milyon manat olacaq.
Qeyd edək ki, əvvəlki hərraclar bu ilin mart ayının 1-də, iyul ayının 21-də, sentyabr ayının 1-də və oktyabr ayının 10-da keçirilib. Əvvəlki 2 hərracda hava nəqliyyatı vasitələrinin hər birinin start qiyməti 2 milyon, 3-cü hərracda 1,8 milyon, sonuncu hərracda isə 1,5 milyon manat olub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam