Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Ötən ay xaricdə təhsil almış 61 nəfərin diplomu tanınmayıb

 

Oktyabr ayı üzrə 467 müraciətçinin 406-sı barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilmiş, 61 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb.

Yenixeber.org: Tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində kifayət qədər olmaması səbəbi ilə 22, dili üzrə bilik səviyyəsinin qənaətbəxş olmaması səbəbi ilə 19, təhsil ölkəsində tələb olunan minimal müddətin ödənilməməsi, həm də tədris dilinin qənaətbəxş olmaması səbəbi ilə 10, digər səbəblər üzrə 10 nəfərin müraciəti mənfi qərarla yekunlaşıb.

Ölkələr üzrə müraciətlərin sayına nəzər saldıqda Türkiyə Respublikasından 140, Rusiya Federasiyasından 133, Ukraynadan 93, Gürcüstandan 18, Böyük Britaniya və Şimali İrlandiya Krallığından 13, digər ölkələrdən isə 70 müraciətin olduğu müşahidə olunur.

Ən çox müraciət olunan ixtisaslara gəlincə, hüquqşünaslıq üzrə 55, iqtisadiyyat üzrə 38, tibb üzrə 33, biznesin idarə edilməsi üzrə 28, stomatologiya üzrə 18 nəfər müraciətçi qeydə alınıb.

Bildiririk ki, sənədlərə ortalama baxılma müddəti 19 gün təşkil etmişdir.

Əlavə olaraq bildiririk ki, vətəndaşlar xarici ali təhsil ixtisaslarının tanınması üçün 


www.tanınma.az keçidinə daxil ola bilərlər.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam