Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Premyer Liqa:“Kəpəz” “Səbail”ə qalib gəlib

 

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XII turun daha 1 oyunu keçirilib.

Yenixeber.org: Günün ilk matçı Gəncədə yerli "Kəpəz"lə "Səbail" arasında baş tutub.

Oyun meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qolları 36 və 66-cı dəqiqələrdə Abdullahi Şuaybu, 84-cü dəqiqədə isə Fərid Nəbiyev vurub.

Bu nəticədən sonra xallarının sayını 8-ə yüksəldən “Kəpəz” turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb. 10 xalı olan “Səbail” isə 7-ci sıradadır.

Günün digər matçında 19 xalla 4-cü sırada olan "Zirə" 22 xalla özündən bir pillə yüksəkdə qərarlaşan "Neftçi"ni qəbul edəcək.

Qeyd edək ki, açılış oyununda "Turan Tovuz" evdə "Sumqayıt"a 1:0 hesabı ilə qalib gəlib. Tura oktyabrın 30-da keçiriləcək "Şamaxı" - "Qarabağ" və "Sabah" - "Qəbələ" oyunları ilə yekun vurulacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam