Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

Vüqar Həsənov:"Zəngilan aeroportunda beynəlxalq standartlara uyğun uçuşlar həyata keçiriləcək"

 

Zəngilan Hava Limanı Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) və Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (IATA) standartlarına uyğun uçuşların həyata keçirilməsinə imkan verəcək.

Yenixeber.org: Bunu Zəngilan Beynəlxalq Hava Limanının direktoru Vüqar Həsənov deyib.

"Uçuşların təhlükəsizliyinin təmin edilməsi üçün ICAO-nun beynəlxalq tələblərinə uyğun olaraq İtaliya və Almaniya aparıcı istehsalçılarının müasir aeronaviqasiya dəstək sistemləri tətbiq edilib. Qısa müddətdə ILS/DME instrumental eniş sistemləri, VOR/DME marşrutu üzrə hava gəmisi naviqasiya vasitələri, avtomatlaşdırılmış aviasiya və meteoroloji müşahidə sistemləri, ilkin və ikinci dərəcəli radar sistemləri quraşdırılaraq istifadəyə verilmişdir. Bütün sistemlər ICAO və "Eurocontrol"un beynəlxalq aviasiya kataloqlarında qeydiyyatdan keçib", - V. Həsənov qeyd edib.

O bildirib ki, Zəngilan Beynəlxalq Hava Limanının asfalt-beton örtüklü uçuş-enmə zolağının uzunluğu 3 000 metr, eni isə 60 metr təşkil edir, geniş gövdəli təyyarələri qəbul etməyə imkan verir. Hava limanında perronun sahəsi 60 min kvadratmetrdir:

“Aeroportun terminal binasının sahəsi 5 000 kvadratmetr təşkil edir və müasir dünya tələblərinə cavab verir. Terminal saatda 200 sərnişinə xidmət göstərmək xüsusiyyətinə malikdir. Terminal daxilində VIP-zal, kafe, tibb məntəqəsi və ofis otaqları mövcuddur. Tam avtomatlaşdırılmış hava hərəkətinə nəzarət və aviasiya rabitəsi sistemləri ilə təchiz olunmuş Hava Hərəkətini İdarəetmə Qülləsi tikilib.

Zəngilan hava limanı ərazisində yardımçı binalar, transformator binası, qazanxana və su çənləri inşa edilib.

35 kV-lıq iki dövrəli, uzunluğu təxminən 10 km olan elektrik kabeli çəkilib. 230 m dərinlikdə artezan quyusu qazılaraq su çıxarılıb".


Qeyd edək ki, bu ilin yanvar ayında Azərbaycan Prezidentinin iştirakı ilə Zəngilan Beynəlxalq Hava Limanının təməl atma mərasimi, oktyabr ayında isə Türkiyə və Azərbaycan prezidentlərinin iştirakı ilə təntənəli açılış mərasimi olub.

Bu gün Zəngilan Beynəlxalq Hava Limanına ilk mülki təyyarə reysi həyata keçirilib. Uçuş "Buta Airways"in “Khankendi” təyyarəsi ilə baş tutub.

Reysin sərnişinləri “Zəfər yürüşü” idman yarışında iştirak edəcək idmançılar və media nümayəndələri olub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam