Redaktor seçimi
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Günün xəbəri

Ankarada Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub

 

Azərbaycanın Türkiyədəki səfirliyinin nəzdində Silahlı Qüvvələrin Hərbi Attaşelik Aparatının nümayəndələri ilə Türkiyə Hərbi Hava Qüvvələrinin Komandanı vəzifəsinə yeni təyin olunmuş ordu generalı Atilla Gülan arasında görüş keçirilib.

Yenixeber.org: Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Ankarada keçirilən görüşdə Azərbaycan Müdafiə Nazirliyi ilə Türkiyə Milli Müdafiə Nazirliyi arasında ikitərəfli münasibətlər ətrafında fikir mübadiləsi aparılıb.

Hərbi attaşe polkovnik Müşfiq Məmmədov 44 günlük Vətən Müharibəsi və işğaldan azad olunmuş ərazilərimizdə aparılan sürətli quruculuq işləri barəsində ordu generalı Atilla Gülana ətraflı məlumat verib. Vətən müharibəsində qazanılmış parlaq Qələbənin regionda yeni reallıqlar yaratdığını, dayanıqlı sülh və sabitlik üçün əlverişli şəraitin formalaşdığını, post-münaqişə dövründə bölgədə sülhün, təhlükəsizliyin və inkişafın təmin olunması üçün mövcud vəziyyəti diqqətə çatdıran hərbi attaşe Azərbaycanın sülhsevər mövqeyi və atdığı addımlardan, nəqliyyat-kommunikasiya xətlərinin bərpası istiqamətində görülən işlərdən bəhs edib.

Görüşdə Azərbaycan ilə Türkiyə arasında bütün münasibətlərin, o cümlədən hərbi əməkdaşlığın qardaşlıq və dostluq üzərində qurulduğu xüsusi vurğulanıb. Hər iki ölkə arasında müdafiə sahəsində işçi əlaqələrin və əməkdaşlığın davam etdirilməsinin zəruriliyi qeyd olunub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam