Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Dövlət Xidməti:"Su filtri satan şirkətlərə dair müraciətlərin sayı artıb"

 

Son vaxtlar İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə su filtrlərinin səyyar satışını həyata keçirən şirkətlərlə bağlı daxil olan istehlakçı müraciətlərinin sayı artıb.

Yenixeber.org: Bu barədə qurumdan bildirilib.

Dövlət Xidməti bəyan edib ki, kütləvi informasiya vasitələrində də su filtrlərinin satışı ilə məşğul olan subyektlərlə bağlı müxləlif fikirlər səsləndirilir.

"Su filtrləri ilə bağlı müraciətlər əsasən Bakıətrafı qəsəbələr və regionlardan daxil olur, bu zaman təhrif edilmiş informasiyalarla istehlakçıların aldadılması hallarına rast gəlinir.

İstehlakçılar məhsulu istənilən satış nöqtəsindən, ticarət obyektindən və ya səyyar qaydada əldə edə bilərlər. Səyyar qaydada adətən, istehlakçılara konkret məhsul təklif edilir ki, belə olan halda, istehlakçının müqayisəli şəkildə uyğun qiymətə və uyğun keyfiyyətdə məhsulu əldə etmək imkanı məhdudlaşır.

Dövlət Xidməti istehlakçılara su filtri alan zaman müxtəlif bazar subyektlərinin təklif etdiyi qiymətləri müqayisə etməyi, şişirdilmiş qiymətlərlə su filtri satan şirkətlərin reklamlarına aldanmamağı, alqı-satqı prosesində ödəniş sənədlərini tələb etməyi, şirkət tərəfindən təqdim olunmuş müqaviləni diqqətlə oxumağı tövsiyə edir.

2021-ci ildə su filtrlərinin satışını həyata keçirən şirkətlərlə bağlı Dövlət Xidmətinə 1 istehlakçı müraciəti daxil olduğu halda, bu ilin yanvar-sentyabr ayları ərzində bu istiqamətdə 35 müraciət qeydə alınıb və həlli üçün müvafiq tədbirlər görülüb.

İstehlakçılar mənfi hallarla üzləşdikdə Dövlət Xidmətinə qaynar xətt (195-1) vasitəsilə və yaxud elektron qaydada (

https://competition.gov.az/az/page/muraciet/erize-sikayet-teklif) müraciət edə bilərlər", - qurum bəyan edib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam