Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Pakistan Milli Bankının Bakı filialı: "2,5 milyon manat alacağımız var"

 

"Pakistan Milli Bankının Bakı filialı olaraq 0,5 milyon manat öhdəliyimizlə yanaşı, təxminən 2,5 milyon manat alacağımız və bunun müqabilində 3,4 milyon manatlıq girovumuz var".

Yenixeber.org: Bunu filialın baş menecerinin müavini Sahib Quliyev təmsil etdiyi kredit təşkilatının Azərbaycan bazarını tərk etməsini şərh edərkən deyib.

"Demək olar ki, bütün kapitalımız Maliyyə Nazirliyinin istiqrazlarındadır. Bu istiqamətdə aktivlərimizin dəyəri 6,7 milyon manatdır", - deyə o, qeyd edib.

S.Quliyevin sözlərinə görə, filialın ləğvinin yaxın 1 ildə tamamlanması nəzərdə tutulsa da, proses uzana da bilər: "Mən şəxsən buna inanmıram, prosesin ən az 2-3 il davam edəcəyini düşünürəm. Məsələn, 2019-cu ildə Almaata, Düşənbə və Aşqabadda da filiallar bağlanıb. Amma indiyə qədər ləğvetmə prosesi yekunlaşmayıb".

Bakı filialının rəsmisi onu da deyib ki, kredit təşkilatında vaxtilə 20-dən çox adam işləyib, son aylar isə işçilərin sayı yarıbayarı azaldılıb: "Artıq 8-9 nəfər ixtisar edilib, bundan sonra isə nəfər saxlanılacaq".

Xatırladaq ki, Pakistan Milli Bankının Bakı filialı 1996-cı ildən fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 9,42 milyon manatdır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam