Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Şizofreniya xəstəsi olan rusu səfərbərliyə aldılar -VİDEO

Şizofreniya    xəstəsi olan rusu səfərbərliyə aldılar  -    VİDEO  
Rusiyanın Xabarovsk şəhərində şizofreniya diaqnozu qoyulan şəxs Ukraynadakı müharibəyə səfərbər edilib.
Yenixeber.org: Bu barədə Ümumrusiya Xalq Cəbhəsinin (ONF) Xabarovsk diyarı üzrə Telegram kanalı məlumat yayıb.

Qeyd edilir ki, çağırışçının həyat yoldaşı şizofreniyası olan kişinin 2017-ci ildən psixiatriya xəstəxanasında qeydiyyatda olduğunu bəyan edib. Buna baxmayaraq sentyabrın 26-da onu çağırış əsasında apararaq Bikin şəhərindəki hərbi hissəyə yerləşdiriblər.

“Ayın 28-də hərbi hissəyə getdim və onlara lazımi sənədləri verdim. Cavab bu oldu ki, problemi həll edəcəklər. Amma ərim mənə zəng edib deyir ki, artıq batalyonlar üzrə bölgü başlayıb, onu atıcı kimi qeydə alıblar", – rus qadın şikayətlənib.

Qeyd edək ki, səfərbərliyə uyğun olmayan vətəndaşların səhvən hərbi hissələrə cəlb olunması halları getdikcə daha çox qeydə alınır. Bir neçə gün öncə Rostov-na-Donda onurğasında ciddi problemlər olan vətəndaş da xidmətə çağırılmışdı. Volqoqrad vilayətində ağır şəkərli diabet və beyin işemiyası olan 63 yaşlı təqaüdçü və Saxalində isə onurğasında cihaz daşıyan 40 yaşlı diabet xəstəsi orduya cəlb olunub.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam