Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Azərbaycan ADB-nin 55-ci İllik Toplantısının II hissəsində təmsil olunub

 

Azərbaycan ötən gün Filippinin paytaxtı Manilada işə başlamış Asiya İnkişaf Bankının (ADB) 55-ci İllik Toplantısının II hissəsində təmsil olunub.

Yenixeber.org: Bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, toplantının I hissəsi bu ilin may ayında keçirilib. Hibrid (üz-üzə və onlayn) formatda keçirilən və üzv ölkələrdən nazirlər, yüksək vəzifəli dövlət və hökumət rəsmilərinin iştirak etdiyi İllik Toplantının gündəliyinə Bankın 2021-ci il üzrə iqlimlə əlaqəli maliyyə hesabatı, Asiya və Sakit Okean regionunda dayanıqlı inkişaf məqsədləri, COVID-19 pandemiyasından sonra yaranmış yeni çağırışların dəstəklənməsi, ölkə iqtisadiyyatlarının şaxələndirilməsi və digər məsələlər daxil edilib.

Bu gün keçirilən bankın Rəhbərlər Şurasının iclasının işinə maliyyə naziri Samir Şərifov video formatda qoşulub. Rəhbərlər Şurasının üzvləri qurumun ötən ilki fəaliyyəti və maliyyə nəticələri, bankın növbəti illərdəki fəaliyyət istiqamətlərinə dair müzakirələr aparıblar.

Çıxışlarda geosiyasi çağırışların qlobal iqtisadi artıma yaratdığı təhdidlər, yoxsulluğun aradan qaldırılması, ekoloji problemlərin nəticələrinin aradan qaldırılması və digər istiqamətlərdə AİB-in fəaliyyətinin daha da genişləndirməsinin vacibliyi önə çəkilib. Eyni zamanda, AİB-in 2030-cu ilədək İnkişaf Strategiyasına uyğun olaraq dayanıqlı gələcək üçün əməkdaşlığın gücləndirilməsi, qlobal iqlim dəyişikliyinə qarşı mübarizə, yaşıl, davamlı və inklüziv bərpaya keçidin sürətləndirilməsi məsələləri diqqət mərkəzində olub.

Qeyd olunub ki, iqlimlə bağlı maliyyə hesabatının nəşri AİB üçün əlamətdar hadisədir və bu, investorlara, səhmdarlara və maraqlı tərəflərə bankın bu sahədə həyata keçirdiyi siyasətdə şəffaflığı artırmaqla yanaşı, iqlim fəaliyyətini, biznes əməliyyatlarını gücləndirməyə kömək edəcək. İllik Toplantı çərçivəsində S.Şərifov həmçinin, Azərbaycanın da təmsil olunduğu Bankın Səsvermə Qrupunun iclasında da iştirak edib.

1966-cı ildə təsis edilən ADB-nin əsas məqsədi üzv ölkələrin iqtisadi inkişafına dəstək olmaqla yoxsulluğun aradan qaldırılması və əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasına yardım etməkdir. Banka 48-i regional və 19-u qeyri-regional olmaqla, 67 ölkə üzvdür. Bankın baş ofisi Manilada yerləşir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam