Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
Günün xəbəri

İranlı neftçilər tətilə hazırlaşır –“Etirazçılara qarşı zorakılıq dayandırılmazsa”

Yenixeber.org: Neft Sənayesi İşçilərinin Şurası bu barədə bəyanat verib: "Biz xalqın qadınlara qarşı mütəşəkkil və gündəlik zorakılığa, yoxsulluğa və cəmiyyəti bürümüş cəhənnəmə qarşı mübarizəsini dəstəkləyirik”.

Xatırladaq ki, İranda 22 yaşlı Məhsa Əmininin polis məntəqəsində ölümü ilə bağlı etirazlar sentyabrın 13-də başlayıb və indiyədək ölkənin 80-dən çox şəhərini bürüyüb.

İranda son aylarda həyat səviyyəsinin Qərb sanksiyalarına görə düşməsi ilə bağlı işçi etirazları çoxalıb.

İran polisi sentyabrın 28-də xəbərdarlıq edib ki, iki həftədir gedən, qadınların başçılıq etdiyi etirazların qarşısını var gücüylə alacaq. Etirazlar hicab qaydasını pozduğuna görə saxlandığı deyilən Məhsa Əmininin polisdə ölümündən sonra başlanıb.

Bu arada BMT Tehranı etirazçılara qarşı gərəksiz və qeyri-adekvat gücdən istifadə etməməyə çağırıb.

Rəsmilər etirazlarda 60, İran İnsan Haqları qrupu isə 76 nəfərin öldürüldüyünü bildirir.

Sentyabrın 26-da yayılmış rəsmi məlumatda 1200-dən çox adamın, o cümlədən fəalların, vəkil və jurnalistlərin həbs olunduğu qeyd edilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam