Redaktor seçimi
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Günün xəbəri

RUSİYA MN İZYUMDAN QAÇIŞA "DON GEYİNDİRDİ" -"Yenidən qruplaşdırılır..."

Rusiya qoşunları Balakleya və İzyumdan Donetsk istiqamətində qruplaşdırılıb.

Yenixeber.org: Bu barədə Rusiya Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, Balakleya və İzyumda olan Rusiya qoşunları Donetsk istiqamətində yenidən qruplaşdırılıb.

“Donbasın azad edilməsi üzrə xüsusi hərbi əməliyyatın bəyan edilmiş məqsədlərinə nail olmaqdan ötrü Donetsk istiqamətində səyləri gücləndirmək üçün Balakleya və İzyum bölgələrində yerləşən Rusiya qoşunlarının yenidən qruplaşdırılması qərara alınıb”, - bildirilib.

Bu məqsədlə “İzyum-Balakleya” qoşun qruplaşmasının üç gün müddətinə “Donetsk Xalq Respublikası” ərazisinə köçürülməsi və yerləşdirilməsi məqsədilə əməliyyat keçirilib.

Əlavə olaraq qeyd olunub ki, bu əməliyyat zamanı Rusiya qoşunlarının real hərəkətlərini təyin etmək üçün bir sıra diqqəti yayındıran və nümayişkaranə tədbirlər həyata keçirilib. (APA)

Rusiya MN-in bu açıqlaması Xarkov istiqamətindəki biabırçı məğlubiyyətə və qaçışa "don geyindirməkdən" başqa bir şey deyil. Bu, 44 günlük müharibədə erməni ordusunun "taktiki geriçəkilmə"sini xatırladır.

"Azpolitika"



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam