Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Azərbaycan üçün gündəlik neft hasilatı kvotası 717 min barel olacaq

 

“OPEC plus” sazişi çərçivəsində Azərbaycan üçün gündəlik neft hasilatı kvotası oktyabrda 717 min barel olacaq.

Yenixeber.org: Bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov özünün “Twitter” hesabında yazıb.

O bildirib ki, “OPEC plus” ölkələri neft bazarında yüksək volatilliyi və aşağı likvidliyi azaltmaq məqsədilə oktyabrda avqustdakı istehsal parametrlərinin tətbiqini qərara alıb: “Azərbaycan üçün gündəlik kvota 717 min bareldir”.

Qeyd edək ki, "OPEC+" komitəsi alyansa sazişin avqust parametrlərinə qayıtmağı tövsiyə edib. Bu isə neft hasilatının gündəlik 100 min barel azaldılması deməkdir.

Xatırladaq ki, avqustun əvvəlində "OPEC+" alyansının Monitorinq Komitəsinin videokonfrans formatında keçirilən iclasında sentyabr ayında gündəlik neft hasilatının 100 min barel artırılması razılaşdırılıb. Sentyabr ayı üzrə müəyyənləşdirilmiş kvotalara uyğun olaraq Azərbaycanda gündəlik xam neft hasilatının 718 min barelə çatdırılması nəzərdə tutulur.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam