Redaktor seçimi
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Günün xəbəri

"Ermənistan Paşinyanın "acgözlər masası"na bənzəyir" -Asatryan

"Ermənistan Paşinyanın "acgözlər masası"na bənzəyir" -    Asatryan   
Keçmiş qondarma rejim “Dağlıq Qarabağ respublikası”nın "müdafiə nazirliyi"nin mətbuat katibi olmuş Senyor Asatryan erməni cəmiyyətinin ağır duruma düşməsindən gileylənib.
Yenixeber.org: Separatçı ordunun spikeri olmuş Asatryan baş nazir Nikol Paşinyanın İrəvanı uçuruma yuvarlamasından təəssüf edib. O, sosial şəbəkələrdə Paşinyanın fotosunu paylaşaraq yazıb ki, Ermənistan hazırda fotoda görünən yemək masasını xatırladır.

“Belə bir masanı təsəvvür edin. Orada sizə lazım olan bütün yeməklər var. Təsəvvür edin ki, onun ətrafına nəinki bu masanın necə hazırlandığını bilməyən, həm də ondan istifadə etmək üçün elementar mədəniyyətə malik olmayan insanlar toplanıb. Təsəvvür edin ki, masaya toplaşanların yeganə ümid yeri süfrənin başında dayanandır. Hamı ondan nəinki süfrədə necə davranmağı öyrənəcək, həm də onun köməyi ilə masaya nələrsə əlavə edəcəklərini düşünür. Lakin insanlar süfrə başçısının, bir nömrəli müəllimlərinin addımını həvəslə gözləyərkən, həmin şəxs acgözlüklə ən yaxşı yeməklərin seçilmiş hissəsini götürüb dişləri arasında dartmağa başlayır... Beləcə hər kəs gördü ki, süfrə başçısından başqa nə isə gözləmək mənasızdır. İnsanlar ondan nümunə götürərək, eyni acgözlüklə “hücuma” keçdilər. Müəyyən müddətdən sonra nəinki yeməyə, ümumilikdə masaya hücum etdilər. Müqayisə nə dərəcədə məqsədəuyğundur bilmirəm, amma məni ifadələrimə görə bağışlayın- bu gün vətənimiz bu masaya çox bənzəyir”, - Asatryan erməni xalqını liderinə baxıb süfrəyə cuman kütləyə bənzədib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam