Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Musiqi müəllimlərinin işə qəbulu üzrə müsahibə mərhələsinin vaxtı açıqlanıb

 

Uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi keçiriləcək.

Yenixeber.org: Bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, avqustun 7-də Dövlət İmtahan Mərkəzi ilə birgə uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə müəllimlərin işə qəbulu ilə bağlı keçirilmiş test imtahanında iştirak etmək üçün qeydiyyatdan keçən 1992 namizəddən 1709 nəfər imtahanda iştirak edib, onlardan 482 nəfər tələb ounan keçid balını toplayaraq müsabiqənin müsahibə mərhələsində iştirak hüququ qazanıb.

Test imtahanında uğurlu nəticə göstərərək müsahibə mərhələsinə buraxılan namizədlər topladıqları bala və ixtisaslarına uyğun olan vakant vəzifələr üzrə müsahibələrdə iştirak etmək üçün 25 avqust 2022-ci il saat 09:00-dan 29 avqust 23:59-dək “Müsahibə mərhələsi üzrə vakansiya seçimi Müraciət Forması”nı (https://bit.ly/3pJmaZL) doldurmaqla qeydiyyatdan keçməlidirlər.

Müsahibədə iştirak etmək üçün müraciət etmiş namizədin Forma vasitəsilə daxil etdiyi məlumatların tamlığı, həqiqiliyi və namizədin müvafiq vakant vəzifənin tutulması şərtlərinə uyğunluğu yoxlanılır, məlumatların düzgünlüyü təsdiq edildikdən sonra namizədə müsahibələrin keçirilmə yeri və vaxtı barədə məlumat veriləcək.

Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən bilərəkdən yanlış məlumatların verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab ediləcək. Müsahibə mərhələsi 5-9 sentyabrda keçiriləcək.

Hər bir namizəd ixtisasına uyğun olaraq maksimum 5 vakant yer seçə bilər. Topladığı bala və müvafiq ixtisasa uyğun vakant yer olmadığı halda namizəd test imtahanı nəticələrinə uyğun olaraq 2 il ərzində Nazirlik tərəfindən təşkil olunan müsahibələrdə iştirak etmək hüququna malikdir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam