Redaktor seçimi
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Günün xəbəri

“Beynəlxalq Ordu Oyunları-2022”:“Dəniz Kuboku”nun yekunları ilə bağlı mətbuat konfransı keçirilib

“Beynəlxalq Ordu Oyunları-2022” yarışları çərçivəsində ölkəmizdə keçirilən “Dəniz Kuboku” müsabiqəsinin yekunu ilə əlaqədar iştirakçı ölkələrin nümayəndə heyətlərinin rəhbərləri və hakimlər komissiyasının üzvlərinin iştirakı ilə mətbuat konfransı keçirilib.

Yenixeber.org:  Mərasimdə iştirakçı ölkələrin nümayəndə heyətləri, hərbi attaşelər, kütləvi informasiya vasitələrinin nümayəndələri və digər qonaqlar iştirak ediblər.

Çıxış edənlər "Dəniz kuboku" müsabiqəsinin əhəmiyyətini yüksək qiymətləndirib, Xəzəryanı ölkələr arasında əməkdaşlığın inkişafındakı rolundan danışıblar.

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin komandanı, kontr-admiral Sübhan Bəkirov bildirib ki, bu müsabiqənin keçirilməsi ölkələrimiz arasında hərbi əməkdaşlığın, hərbçilər arasında dostluq münasibətlərinin möhkəmləndirilməsi və peşəkarlığın daha da artırılmasına töhfə verəcək.

Rusiya nümayəndə heyətinin rəhbəri kapitan Andrey Kanişev və İran nümayəndə heyətinin rəhbəri kapitani Amin Arşadi ölkəmizdə baş tutan "Dəniz Kuboku 2022" müsabiqəsinin yüksək səviyyədə təşkil olunduğunu və qonaqpərvərliyə görə Azərbaycana təşəkkür ediblər.

Qeyd edək ki, avqust ayının 15-dən 25-dək keçirilən beynəlxalq müsabiqədə Azərbaycan, Rusiya, İran və Qazaxıstan hərbi dənizçiləri mübarizə aparıblar.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam